Bunu edənlər 6450 dollar cərimə olunacaq - 3 il həbs cəzası da var...

 17:16 05.06.2020     2207

Honq Konq Assambleyası, Çinin dövlət himninə qarşı təhqirləri cinayət sayan "Çin Dövlət Himni Qanun"u qəbul edib. 

Redaktor.az xəbər verir ki, demokratiya tərəfdarı olan müxalif millət vəkilləri, sözügedən qanun layihəsinin şəhərdə ifadə azadlığını məhdudlaşdıracağına əsaslanaraq, səsvermədən çəkinməyə çalışsalar da, qanun Pekin tərəfdarı deputatların iştirakı ilə təsdiqlənib.

Səsvermə ilə əlaqədar parlament ətrafında mümkün etirazların qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görülüb.

Qanuna əsasən, Çinin dövlət himnini təhqir edənlər 3 ilə qədər həbs cəzası alacaq və 50 min Honq Konq dolları (6450 ABŞ dolları) məbləğində cərimə ediləcək.

Qanunun 1989-cu ildə Çinin paytaxtı Pekində minlərlə demokratiya tərəfdarının öldüyü Tiananmen qırğınının ildönümündə qəbul edilməsi diqqətdən yayınmayıb. Bundan əlavə, demokratiya tərəfdarı millət vəkilləri iclasdan öncə Tiananmen qırğını zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Honq Konq və Makaonun Xüsusi İnzibati Zonalarında tətbiq olunmasına qərar verilmiş qanun, Honq Konqdakı xarici komandalarla həyata keçirilən futbol matçlarında azarkeşlərin Çin dövlət himnini təhqir etməsindən sonra gündəmə gəlib.

Sevda Ulutau / Redaktor.az

New pro-Beijing lawmaker pushes China anthem bill in Hong Kong ...

Vincent Yu/Copyright 2020 The Associated Press. All rights reserved.