Bu görüntülər Trampı çətin duruma saldı: 75 yaşlı kişi... - FOTOLAR

 17:35 05.06.2020     1537

Qaradərili Corc Floydun polis zorakılığı nəticəsində öldürüldüyü ABŞ-da bu görüntülər də gündəmi silkələyib. 

Redaktor.az xəbər verir ki, yaşlı adam polislərə yaxınlaşaraq nə isə soruşmaq istəyib. Lakin polislər əvvəlcə ona bağıraraq geri qayıtmasını söyləyiblər. Daha sonra isə onu itələyiblər. Yerə yıxılan yaşlı kişinin aldığı zərbədən başından qan axmağa başlayıb. 

Nyu-Yorkun Buffalo şəhərində çəkilən görüntülər ABŞ gündəmini alt-üst edib. Şəhərin bələdiyyə başçısı Bayron Braun etiraz zamanı yerə yıxılan 75 yaşlı adama qarşı edilən kobud davranışa görə dərin kədər hissi keçirdiyini və narahat olduğunu söyləyib. Yayılan görüntülərdən sonra Buffalo şəhərinin 2 polis məmuru işdən kənarlaşdrılıb.

Braun açıqlamasında həmin polislər barəsində istintaqın başladıldığını söyləsə də, onların kimliyi haqqında məlumat verməyib. Bələdiyyə başçısı həmçinin yaralı yaşlı adamın vəziyyətinin ağır, lakin sabit olduğunu qeyd edib.

NBC hadisə barədə Buffalo Polis İdarəsinə müraciət etsə də, şöbənin sözçüsü açıqlama verməkdən imtina edib.

Sevda Ulutau / Redaktor.az