Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır - KORONAVİRUSU UNUDUN!

 18:04 06.06.2020     2504

Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib. 

Redaktor.az xəbər verir ki, Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin Krım-Konqo qanamalı qızdırma (KKQQ) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir.  O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQQ-nı yayan gənələrin sayının artmasına səbəb olub.

Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:

"Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Krım-Konqo qanamalı qızdırma xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır".

Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:

"Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur". 

Qeyd edək ki, bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb. Türkiyə ərazisində isə ilk dəfə 2002-ci ildə müşahidə edilib.

KKQQ ağır qızdırma və güclü qanaxma ilə müşahidə olunan xəstəlikdir. Xəstəliyin simptomlarına dəri və selikli qişalarda qanaxma (petechiae), qanlı qusma və qara nəcis daxildir. Bu virusa yaxalananlar arasında ölüm faizi 9-50% arasında dəyişir. Gənə dişləməsi ilə insanlara ötürülür

Sevda Ulutau / Redaktor.az

CORONA VİRÜS ETKİLEDİ