Gürcüstanda koronavirusa yoluxanların sayı 822-yə çatdı

 09:59 10.06.2020     908

Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.

Redaktor.az xəbər verir ki, Gürcüstanda COVID-19-a yoluxanların sayı 822-yə çatıb. Onların 690-nı sağalıb, 13-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3124, stasionar nəzarətdə isə 279 nəfər saxlanılır.