ADY Sumqayıt-Bakı qatarında baş verən problemlə bağlı açıqlama YAYDI

 12:30 06.10.2022     8405

Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq", - deyə qurum bəyan edib.

Xatırladaq ki, bu gün həmin qatardakı sərnişinlərdən birinin səhhətində problem yaranıb.

HƏMİDƏ