"Hamımızın sevincidir..." - Deputat Xocalıda doğulan körpədən danışdı
İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov Redaktor.az-a açıqlamasında bu hadisə ilə bağlı öz sevincini bölüşdü. O, körpəyə sağlam və xoşbəxt bir həyat arzuladı:
"Bizim Xocalı rayonunun Ballıca kəndinə köçürülən ailələrdəndir, gənc ailədir. İlk körpəsi dünyaya gəlibdir. Yəni Xocalı rayonu üzrə yeni köçürülən ailələrin içərisində doğma yurd-yuvada dünyaya gələn ilk uşaq, ilk körpədir. Allah xoşbəxt eləsin. Hamımızın sevincidir".
Türkan İSGƏNDƏRLİ