"Nikah müqaviləsi ilə nə kişini, nə də qadını məcburi ailə etmək mümkün deyil" - Rəşid Mahmudov

"Nikah zamanı müqavilə düşünülürsə, artıq o ailə qurulmamalıdır. Nə kişini, nə qadını məcburi ailə etmək mümkün deyil. Ailə dağılırsa, pulun, var-dövlətin heç bir əhəmiyyəti yoxdur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın "nikah müqavilələri məcburi olmalıdır" təklifinə münasibətində səsləndirib.
"Heç bir qanunla məcburi şəkildə ailə institutunu tənzimləmək olmaz", - deyə o qeyd edib.
LEYLA