Miqrasiya sahəsində sahibkar və investorlara yaradılan imkanlar AÇIQLANDI
Məlumat verdiyimiz kimi, “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda təlim keçirilir.
Redaktor.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimdə çıxışı zamanı Miqrasiya sahəsində olan güzəştlərindən danışıb.
“Sahibkarlar üçün olan güzəştlər bunlardır: Müəyyən kateqoriyalar üçün iş icazəsinin tələb olunmaması, 2 il müvəqqəti yaşadıqdan sonra daimi yaşama icazəsi almaq hüququ, daimi yaşama icazəsində ölkədən kənarda qalma məhdudiyyətlərinin tətbiq olunmaması, investisiya layihələri, startap, sənaye parkı və Qarabağ/Şərqi Zəngəzur rezidentləri üçün sadələşdirilmiş tələblər”.
O, investorlar üçün olan güzəştlərdən də danışdı:
“500 000 manat və daha çox investisiya edən şəxslər, 3 illik müvəqqəti yaşama icazəsi, 2 ildən sonra daimi yaşama icazəsi almaq imkanı, daimi yaşama icazəsində ölkədən kənarda qalma məhdudiyyətlərinin tətbiq edilməməsi”.
Aytəkin TOFİQQIZI













