"Azərbaycanda kitabxanalar tövlələrə uduzur" - Şahbaz Xuduoğlu
"Parlamentdə hansı məsələ müzakirə olunub, onu bilmirəm. Ümumiyyətlə, məncə, ənənəvi kitabın ciddidən dövlət qayğısına ehtiyacı var".
Bu fikirləri Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ötən gün Baş nazir Əli Əsədovun kitabxanalar və mədəniyyət evləri ilə bağlı çıxışı haqqında Redaktor.az-a danışarkən söyləyib.
Onun sözlərinə görə, vaxtilə Bakının hər rayonunda ən azı iki böyük kitabxana vardı:
"İndi onların heç biri yoxdur. Nəsimi, Nizami, Xətai və sair rayonların hər birində kitabxana var idi və işlək idi. Yəni əksər kitabxanaların çox böyük qayğıya ehtiyacı var. Bu gün tövlələrin günü daha yaxşıdır. Azərbaycan ərazisində səhralarda, müasir, son dərəcə texniki tərəfdən təchiz olunmuş fermalar salınıb. Məsələn, içərisində soyuducusu, hər şeyi var. Kitabxanalar tövlələrə uduzur. İnsanlar öz düşüncələrinə, beyninə, təfəkkürünə qarşı biganədir, laqeyddir, nəinki qarnına qarşı. Tövlələr ona görədir ki, biz qarnımızı yemləyək, amma kitabxanalar ona görədir ki, biz beynimizi yemləyək. Təəssüf ki, biz beynimizlə bağlı düşünə bilmirik. Çox istərdim ki, kəndlərdə mədəniyyət evlərinə, kitabxanalara xüsusi qayğı olsun. Dünyanın hər yerində dövlət mədəniyyətə dəstək verir, onun qayğısına qalır".
Humay İSGƏNDƏRLİ