"Fəaliyyətinə xitam verilən müəllimlər məktəbdə qeyri-pedaqoji işlə təmin edilə bilər"

 20:50 10.07.2025     2558

Bu gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiyanın başladığı 2022-ci ildən bu yana bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verilib. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirdi ki, təhsil sahəsində güzəşt olmamalıdır.

"Sertifikasiyadan keçməyən müəllimlərin təhsil sahəsində, yəni sırf pedaqoji fəaliyyətlə məşğul olması qəti qadağan edilməlidir. Müəllimlərin peşə qiymətləndirilməsi, yəni diaqnostik və sertifikatlaşdırma prosesi ən azından 10 ildir ki, başlayıb. Əgər bir müəllim bu müddət ərzində özünüqiymətləndirmə aparmayıbsa, öz üzərində çalışmayıbsa, o zaman hansı meyara görə həmən müəllimlərə güzəşt edilməlidir? Fəaliyyətinə xitam verilən müəllimlər məktəbdə qeyri-pedaqoji işlə təmin edilə bilər, digər dövlət qurumlarında işlə təmin edilə bilər", - deyə o əlavə etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən