"Sosial şəbəkələr məktəblilərin davranışına, gələcək həyatına mənfi təsir göstərir" - Müəllim DANIŞDI

 14:20 22.10.2026     97

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov düşünür ki, bu, gecikmiş qərardır.

Onun sözlərinə görə, sosial şəbəkələr məktəblilərin davranışına, gələcək həyatına kifayət qədər mənfi təsir göstərir. 

"Dünyanı, həyatı hələ doğru şəkildə anlamayan məktəbli onun üçün yad olan təsirlərə məruz qalır. Sonradan həmin təsirlər onun şəxsiyyət kimi formalaşmasına maneələr yaradır. Digər tərəfdən isə sosial şəbəkələr azyaşlının zamanını alır, onların doğru dərs çalışmalarına mənfi təsir göstərir, passivlik yaradır, onların fiziki cəhətdən inkişafını ləngidir. Bir müəllim kimi bu qərarı alqışlayıram", - deyə həmsöhbətimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən