Şəhid şəkli olan lövhəni oğurlayanlar saxlanıldı
Sumqayıtda şəhid şəkli olan lövhə oğurlanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 29-u gecə saatlarında Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid Rahib Babayevin şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Xatırladaq ki, bu barədə məsələni ilk olaraq Redaktor.az gündəmə gətirib.













