DİN Afiyəddinin məcburi müalicədə olduğunu deyir, xəstəxana isə təkzib edir

 09:36 01.02.2024     361

“Görüntüləri yayılan Əli-Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir”.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, 2009-cu il təvəllüdlü yeniyetmənin müalicəsi davam etdirilir: “Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.

Qeyd edək ki, dünən A.Cəlilovun sosial şəbəkədə yeni video paylaşması barədə görüntülər yayılmışdı.

Xatırladaq ki, DİN-in əməkdaşı N.Əliyev ötən gün Redaktor.az-a açıqlamasında bildirmişdi ki, Əli-Afiyyədin Cəlilov Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. 

Lakin həmin xəstəxanadan saytımıza bildirildi ki, həmin şəxs ümumiyyətlə, Respublika Psixiatriya Xəstəxanasına qəbul olunmayıb.

T.İSMAYIL