DƏHŞƏT: Ana övladının başını daşla əzdi - VİDEO

 18:48 20.02.2024     627

Ağstafa rayonunda ana uşağını döyüb. 

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, ana uşağının başına daşla vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:

“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, bu gün Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədovun azyaşlı qızını döyməsi barədə video yayılıb.