Goranboy polisi məktəblini bıçaqlayanı müəyyən etdi - AÇIQLAMA
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A.Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U.Tağıyev olması müəyyən edilib.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan öncə hadisə barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də açıqlama yayıb.