DİN-dən “Atico” MMC-nin sürücüsünün döyülməsi ilə bağlı rəsmi AÇIQLAMA
Abşeron rayon Hökməli qəsəbəsi Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu evinə basqın edən şəxslər tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov Redaktor.az-a bildirib ki, yanvarın 8-də Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivində yaşayan vətəndaş Ş.Abasovun evinin qarşısında naməlum şəxslər tərəfindən döyülməsi nəticəsində xəsarətlər alması barədə polisə məlumat daxil olub. İş üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkən şəxsin ilkin izahatı alınıb və onun xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vasif ƏLİHÜSEYN