İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi AÇIQLANDI

 13:22 17.10.2026     63

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayev idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala əsasən, təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib.

Nəticədə avtomobil əvvəlcə qarşıdan gələn DAF markalı yük maşınına, daha sonra isə "Lada" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı Y.Mustafayev yerindəcə həyatını itirib. Avtomobildə olan sərnişinlər Tural Alışov və Orxan Həsənov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

"BDYPİ qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır", - deyə məlumatda vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən