“Türk xalqları arasında ünsiyyət ana dillərində aparılmalıdır” - Fazil Mustafa

 17:10 24.08.2026     969

Ötən gün Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin ana dillərində ünsiyyət qurması diqqət çəkib. Tərəflərin tərcüməçisiz anlaşması iki dilin və xalqın yaxınlığını bir daha göstərib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, Prezident İlham Əliyev də bütün görüşlərdə çalışır ki, Azərbaycan dilində təmas qursun və bu, xüsusilə də türk xalqları arasında ünsiyyətin məhz ana dillərində aparılmasının vacibliyinə həssaslıq göstərdiyini ortaya qoyur:

"Özbəkistan Prezidenti ilə münasibətlərin bu səviyyədə olması da sevindiricidir. Çünki bu, gələcəkdə türk birliyi modelinin ən yüksək səviyyədə təminatı deməkdir. Biz bu məsələdə bütün hallarda qarşımıza çıxan yeni şansları düzgün dəyərləndirməliyik. Özbəkistanla çox yüksək səviyyəli iqtisadi və siyasi münasibətlərimiz var. Kaş ki, iqtisadi münasibətlərin təməli 15 il öncədən daha geniş şəkildə qoyulardı. Amma son illərdə, xüsusən də son 5 ildə bu münasibətlər xüsusi intensiv xarakter aldığına görə, artıq Orta Asiya və Azərbaycanın, Qazaxıstan və Özbəkistanla, eyni zamanda Anadoluda Türkiyə ilə münasibətlərinin türk inteqrasiyası üçün nə qədər önəmli olduğunu hamımız anlayırıq. Bu istiqamətdə bütün cəmiyyət də həmin siyasəti dəstəkləyir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən