Fazil Mustafadan həmkarının Türkiyə mediası ilə bağlı təklifinə REAKSİYA: "Əlverişli deyil"

 15:49 30.09.2026     158

Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov Türkiyə mediasında Azərbaycana qarşı aqressiv xəbərlərin dərc olunmasından danışıb. Millət vəkili təklif edib ki, strateji müstəvidə dövlətimiz, ilk növbədə, hər iki ölkənin müvafiq orqanlarını cəlb etməklə, parlamentlərin nəzarəti ilə birgə işçi qrupları formalaşdırsın. 

Təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu istiqamətdə hər bir millət vəkilinin təşəbbüslə çıxış etmək, təklif vermək hüququ var:

"Açığı, mən parlament səviyyəsində hansısa bir qurumlara, media quruluşlarına, blogerlərə cavab verilməsi, yaxud da bunun araşdırılmasını bir az praktiki cəhətdən çox da əlverişli hesab etmirəm. Bununla məşğul ola biləcək müvafiq dövlət qurumları, media quruluşları ola bilər və onlar medianı tənzimləyən qurumlar ola bilər. Onlar dövləti, parlamenti məlumatlandıra bilərlər və bu istiqamətdə də müəyyən tədbirlər görmək mümkündür. Amma ayrıca bir işçi qrupunun yaradılması, açığı, bu, müzakirə olunası məsələdir. Hər halda bütün təkliflər dəyərlidir. Bunlar müzakirədən keçdikdən sonra məqsədəuyğunluğu, əgər müvafiq olarsa, onda bu istiqamətdə hansısa bir qərar qəbul etmək mümkündür".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən