Fəzail Ağamalı Salyandakı 10 uşaqlı ailəni nəzarətinə götürdü: "Araşdırırıq"

 13:53 13.02.2024     1434

Ötən gün saytımıza açıqlama verən Salyan rayonunun Qaraçala kənd sakini, 10 uşaq atası Əflan Abdullayev sosial vəziyyətlərinin yaxşı olmadığını, onlara verilən ünvanlı sosial yardımın kəsildiyini, uşaqları məktəbə yollaya bilmədiyini açıqlayıb.

Qeyd edək ki, ailənin vəziyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Redaktor.az Salyan rayonunun deputatı Fəzail Ağamalıdan sözügedən ailənin vəziyyətindən xəbərdar olub-olmadığını öyrəndi.

Millət vəkili bildirdi ki, ailənin sosial çətinliyi haqqında məlumatı var:

"Ailə ilə artıq maraqlanırıq. Görək Azərbaycan qanunvericiliyi səviyyəsində hansı köməklik edə bilirik. 10 uşaqlı ailə diqqətimizdədir. Sosial yardımlarının dayanmasına səbəb də yardım üçün müəyyən şərtlərin pozulması ola bilər. Bu gündən etibarən proses nəzarətimdədir, yardımın da nə üçün dayandırılmasını araşdırırıq".

Humay İSGƏNDƏRLİ