Dönərdən zəhərlənmələr niyə bitmir? - Mütəxəssisdən AÇIQLAMA

 13:22 21.08.2025     122

Dünən Tovuz Şəmkir rayonlarında dönərdən kütləvi halda zəhərlənmə halları baş verib.

Tez-tez kütləvi halda dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bəs insanlar niyə hər dəfə dönər zəhərlənməsinin qurbanı olurlar?

Mövzu ilə bağlı Redktor.az-a açıqlama verən qida eskperti Seymur Qafarov bildirdi ki, günümüzdə sürətli həyat tərzi sürən insanlar, yəni iş və aktiv həyatla məşğul olanlar, əlüstü qidalara üstünlük verirlər:

"Bu qidalanma tərzinə daha çox ali təhsil səviyyəsi yüksək olan şagirdlər, tələbələr və iş həyatında fəal iştirak edən insanlar müraciət edir. Ölkəmizdə müxtəlif fəst food modelləri mövcuddur və insanlar bunlardan istifadə etməyə üstünlük verirlər. Bunlardan biri də dönər təminatıdır. Dönər çiy ətin yarımfabrikat şəklində hazırlanaraq termiki emal prosesindən keçdikdən sonra satışa təqdim olunur. Burada bir sıra diqqət yetirilməli məqamlar mövcuddur, çünki hər il müəyyən qida zəhərlənmələri və şikayətlər bu proseslə əlaqədar baş verir. Ən vacib məsələ dönər biznesində satış və istehsal zamanı mümkün problemlərin qarşısının alınmasıdır. Dönər istehsalında istifadə olunan inqredientlərdən tutmuş işçilərə qədər qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulması nəticəsində zəhərlənmələr baş verir. Bu halların təsadüfi olmadığı, əvvəlcədən mövcud ehtiyacsızlıqlardan doğduğu məlumdur".

Mütəxəssis qeyd etdi ki, ən önəmli məsələlərdən biri ət məhsullarının düzgün defrostasiya edilməməsi və paketlənməsinin düzgün həyata keçirilməməsidir:

"Eyni zamanda məhsulların daşınması zamanı temperatur rejiminə riayət olunmur. Digər vacib məsələ qida ilə təmasda olan işçilərin fərdi mühafizə vasitələrindən və gigiyenik prosedurlardan düzgün istifadə etməməsidir. Bu, əllərin yuyulmaması və gigiyenik qaydalara əməl olunmaması ilə nəticələnir və zəhərlənmə riskini artırır. Bütün qida təminatı müəssisələri qida təhlükəsizliyi idarəetmə sistemlərinə malik olmalı və izlənməyə tabe tutulmalıdır. Ölkəmizdə 2023-cü ildən qüvvəyə minmiş 523 saylı Qida Təhlükəsizliyi Qanunu bütün izləmə meyarlarını əhatə edir. Lakin sürətli qidalanma, xüsusilə küçə qidaları sahəsində bu sistemlərin tətbiqində məsuliyyətsizlik müşahidə olunur, bu da zəhərlənmə riskini yüksəldir. Müəssisələrdə çalışan işçilər düzgün qida gigiyenası, yəni good hygiene practice barədə məlumatlı və bilikli olmalıdırlar. Bu bilik və qaydalara riayət etməklə, müəssisələr mümkün fəsadların qarşısını alaraq həm istehlakçıları, həm də öz işlərini təhlükəsiz saxlamış olurlar".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən