Torpaq uçqunu avtomobillərə ziyan vurdu: Zərəri hansı sığorta ödəyir? - AÇIQLAMA 

 16:45 04.08.2026     511

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub. Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.

Maraqlıdır, belə hallarda maşınlara dəyən ziyan hansı sığorta tərəfindən ödənilə bilir?

Redaktor.az-a danışan sığorta eksperti Vüsal Bədəlov qeyd etdi ki, belə proseslərdə həmin nəqliyyat vasitələrinin yalnız KASKO sığortası olmalıdır:

"Eyni zamanda, həmin hadisə ilə bağlı hər hansısa qurum məsuliyyət daşıyırsa, zərərçəkənlər o quruma müraciət edə bilər və avtomobillərinə dəymiş ziyanı tələb edə bilərlər. Bu, həm fiziki, həm də məhkəmə formasında ola bilər. Ən rahatı və ən əsası, bu avtomobillərə dəymiş zərərin ödənilməsi üçün mütləqdir ki, avtomobillərin KASKO sığortası olsun. Başqa heç bir sığorta növü bu avtomobillərə dəymiş zərərə təminat vermir. Avtomobillərin, demək olar ki, hamısının icbari sığortası var. Ancaq icbari sığorta avtomobil sahibinin məsuliyyətini sığortalayır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən