ZARA-dan sosial şəbəkədə yayılan şikayətlə bağlı AÇIQLAMA

 13:09 10.08.2026     440

Xəbər verdiyimiz kimi, "ZARA" mağazasının "Crescent Mall" filialında müştəriyə qarşı xoşagəlməz davranış göstərildiyi ilə bağlı sosial şəbəkələrdə paylaşım yayılıb.

Məsələ ilə bağlı "ZARA" mağazasından Redaktor.az-a bildirildi ki, şirkət tərəfindən sosial şəbəkələrdə yayılan müraciətlə bağlı araşdırma aparılıb:

"Araşdırma nəticəsində paylaşımda qeyd olunan iddiaları təsdiqləyən hər hansı fakt müəyyən edilməmiş, əməkdaşlarımız tərəfindən müştəriyə qarşı təhqiramiz, alçaldıcı və ya qeyri-etik davranışa yol verildiyi müəyyən olunmayıb. Məhsulun dəyişdirilməsi ilə bağlı müraciət zamanı əməkdaşlarımız tərəfindən müştəriyə lazımi dəstəyin göstərilməsi və məsələnin həlli üçün müvafiq addımlar atılıb. Araşdırma zamanı müştərinin iddia etdiyi halların baş verdiyini təsdiqləyən hər hansı fakt müəyyən edilməyib. Qeyd etmək istərdik ki, hər bir müştəri müraciətinə həssaslıqla yanaşır, müştəri məmnuniyyətini və peşəkar xidmət standartlarını əsas prioritetlərimizdən biri hesab edirik. Xidmət prosesində qarşılıqlı hörmət və nəzakətin qorunması şirkətimiz üçün dəyişməz prinsipdir. Yayılan iddiaların əsassız olduğunu bildirir, daxil olan hər bir rəy və müraciətin obyektiv şəkildə araşdırılmasına hər zaman açıq olduğumuzu diqqətinizə çatdırırıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən