“Gedə-gedə təkərlərdə tüstüləmələr baş verir” – Avtobuslarla bağlı XƏBƏRDARLIQ

 19:29 21.09.2026     130

Xəbər verdiyimiz kimi, Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. 

Bəs təkərin alışma səbəbi nədir?

Avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında bildirid ki, köhnə avtobuslarda belə hallar müşahidə olunur.

"Mən də bir neçə dəfə görmüşəm ki, gedə-gedə təkərlərdə tüstüləmələr baş verir. Bu da yalnız istismar müddətini başa çatmış avtobuslarda baş verir. Əyləc dayaqlarını yeni dəyişirlər və onun nizamlanmasını düzgün vermədikdə, onlarda sıxılma getdiyindən bu təkərlərdə həddən artıq qızmalar baş verir və ondan sonra tüstüləmələr baş verir və ondan sonra da hətta alışmalara səbəb ola bilir. Bu yalnız istismar müddətini qurtarmış, keçmiş avtobuslara şamildir. Mən özüm də bu hadisələrə bir neçə dəfə şahidi olmuşam", - deyə həmsöhbətimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən