"İmtahandan keçməyən həkimlərə rayonlarda işləmək imkanı yaradılsın" - TƏKLİF

 16:33 20.11.2026     35

Milli Məclisin plenar iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, regionlarda işləyən tibb işçilərinin maaşı artmalıdır. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov qeyd etdi ki, regionlarda işçi qüvvələrinin maaşının artırılması birinci şərtlərdən biridir:

"Səbəb odur ki, həkim Bakıdan regiona işləməyə gedir. Getdiyi yerdə kirayə ev tutmalı və ailəsi ilə bir yerdə müəyyən şərait qurmalıdır. Bu maaşla onu etmək olmur. Ona görə də həkimlərin maaşı yüksək olsa, təbii ki, onlar regionlarda işləyə bilərlər.

Bundan da əlavə, yaxşı olar ki, regionlara göndərilən həkimlərin burada imtahan edilmədən göndərilməsi onların işə cəlb olunmasına səbəb ola bilər. Çox vaxt imtahan edirlər, həkim imtahandan hansısa səbəbdən keçmir və görürsən ki, həkimlərin sayı azalır. Yəni həkimlərin gedişini imtahansız etsələr, yəqin ki, imtahandan keçməyən həkimlər orada gedib işləyə bilərlər. Belə şərtlərlə bu işləri həyata keçirmək olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən