Lionel Messidən dünya çempionatında yeni REKORD
Futbol üzrə dünya çempionatında yeni rekord müəyyənləşib.
Redaktor.az xəbər verir ki, 1:3 hesabı ilə başa çatan İordaniya-Argentina matçında fərqlənən Lionel Messi turnir tarixində ardıcıl 7-ci oyunda qol vuran futbolçu kimi tarixə düşüb.
Əfsanəvi futbolçu həmçinin hazırkı çempionatda özünün 6-cı qolunu vurub və bununla da mundiallar tarixində vurduğu qolların sayını 19-a çatdırmaqla öz rekordunu yeniləyib.
Argentina millisinin kapitanı dünya çempionatlarında keçirilən oyunların sayına görə də öz rekordunu yeniləyib.
39 yaşlı hücumçusu DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İordaniyaya qarşı keçirilən görüşdə Argentina millisinin start heyətində meydana çıxıb.
Beləliklə, Messi dünya birinciliklərində özünün 29-cu oyununu keçirir ki, bu da turnirin rekordudur. Reytinqdə ikinci yeri almaniyalı Lotar Matteus (25 oyun) tutur.
T.İSMAYIL













