Qazaxıstanda daha bir vəzifəli şəxs ölü tapıldı

 11:41 10.01.2022     547

Qazaxıstanın paytaxtı Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı, polkovnik Azamat İbrayev ölü tapılıb.

Redaktor.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, onun meyiti öz evinin həyətində aşkarlanıb. Hadisənin səbəbi və təfərrüatı məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Qazaxıstanın Jambıl vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov da ölü tapılıb. Onun intihar etdiyi bildirilir.

Nuranə Tofiqli