NATO Çinə etibar etmir - Stoltenberq
"NATO Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləmədiyi üçün Çinə etibar etmir".
Redaktor.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq Tallində keçirdiyi mətbuat konfransında Çinin təklif etdiyi Ukrayna münaqişəsinin həlli planını şərh edərkən bildirib.
"Çinin təklif etdiyi prinsiplərə gəlincə. Əvvəla, Çinə o qədər də inam yoxdur, çünki onlar Rusiyanın işğalını pisləyə bilmirdilər. Və işğaldan əvvəl Rusiya ilə sərhədsiz dostluq müqaviləsi imzalayıblar", - Stoltenberq bildirib.
Xatırladaq ki, rəsmi Pekin Ukrayna ilə bağlı 12 bənddən ibarət sülh modeli təqdim edib.
Tunar Altunbay