ABŞ Çinin Ukrayna ilə bağlı sülh təklifini öyrənir - Blinken
ABŞ Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli üçün Çinin təklif etdiyi planı öyrənir.
Redaktor.az xəbər verir ki, bunu cümə günü ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.
"Heç kim ukraynalılardan daha çox sülh istəmir və sülhün bərqərar olmasına töhfə verə biləcək hər hansı təklif nəzərə alınmağa dəyər. Biz bunu öyrənirik", - o, Çinin sülh təşəbbüsünü şərh edib.
Blinken qeyd edib ki, ÇXR-in təqdim etdiyi sənəddə ukraynalıların uzun müddətdir danışdıqları ilə əlaqəli məqamlar var və suverenlik və ərazi bütövlüyü ilə bağlı müddəanı vurğulayır.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsinin siyasi həlli ilə bağlı təklifləri özündə əks etdirən sənəd dərc edib.
Turan İSMAYIL