Rusiyanın Baltik Donanmasına yüksək döyüş hazırlığı əmri verildi

 23:15 17.04.2023     324

Rusiya Baltik Donanmasının yoxlama çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Baltik Donanmasının mətbuat xidmətinin yaydığı məlumata görə, donanmanın Baltik dənizindəki bazasında yerləşən qüvvələr yoxlama çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilərək təlimə başlayıb.

Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopter iştirak edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 14-də təftiş çərçivəsində Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Şoyquya rus donanmalarında yoxlamaların aparılmasını tapşırıb.

Xatırladaq ki, bu gün Britaniya Baltik dənizi üzərində Rusiyanın üç təyyarəsini ələ keçirib