"Bu 200 milyard dollar aysberqin yalnız görünən hissəsidir" - Əraqçi

 14:53 19.03.2026     217

İran ABŞ-nin hərbi xərclərlə bağlı planlarını tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində paylaşımında bildirib.

O, Pentaqonun İrana qarşı müharibə üçün əlavə 200 milyard dollardan çox maliyyə tələb etməsi ilə bağlı məlumatlara münasibət bildirib.

"Bu müharibənin həm iranlılara, həm də amerikalılara qarşı tətbiq edilməsinin cəmi üç həftəsi keçib. Bu 200 milyard dollar aysberqin yalnız görünən hissəsidir. Adi amerikalılar Benyamin Netanyahuya və onun Konqresdəki dostlarına tezliklə ABŞ iqtisadiyyatına zərbə vuracaq trilyon dollarlıq “İsrail Birinci” vergisinə görə təşəkkür edə bilərlər", - deyə Əraqçi qeyd edib.

Qeyd edək ki, “The Washington Post” qəzeti yüksək vəzifəli administrasiya mənbəsinə istinadən bildirib ki, sözügedən məbləğ hərbi kampaniyanın dəyəri ilə bağlı əvvəlki məlumatlardan xeyli çoxdur.

ABŞ Müdafiə Nazirliyi və Ağ Ev isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən