Meğri icmasının meri həbs olundu
Ermənistanın Meğri icmasının meri Xaçatur Andreasyan həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Andreasyan yeraltı sərvətlərdən və ya təbii sərvətlərdən icazəsiz istifadə, habelə bu məqsədlə rüşvət vermək və almaq ittihamları üzrə aparılan cinayət işi çərçivəsində saxlan olunub ki, eyni cinayət işi çərçivəsində saxlanılan daha 6 nəfər barəsində də qətimkanılıb.
Məlumata görə, Meğri icmasının rəhbəri barəsində qətimkan tədbiri olaraq həbs seçilib.
Komitənin məlumatında qeyd olunub ki, eyni cinayət işi çərçivəsində saxlanılan daha 6 nəfər barəsində də qətimkan tədbirləri görülüb. Onlardan bəziləri həbs edilib, digərləri barəsində isə ev dustaqlığı tətbiq olunub.
Qeyd edək ki, ötən gün bu iş üzrə 8 nəfərin, o cümlədən Meğri icmasının rəhbəri Xaçatur Andreasyanın həbs edildiyi barədə məlumat yayılmışdı.
Aminə ŞAHSUVARQIZI













